Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixi Qələbə” adlı şeir gecəsi  keçirilib

05.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11  saylı kitabxana filialı 21 nömrəli pilot tam orta məktəblə birgə Məhsəti Mərkəzində  05.11.2022 ci il tarixində 8 Noyabr Zəfər günü ilə ilə bağlı  “Tarixi Qələbə” adlı şeir gecəsi  keçirtdi. 
Tədbir 44 günlük  Vətən müharibəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq  bildirdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 
    Daha sonra 21 nömrəli pilot tam orta məktəbin müəllimi Aygün Rzayeva çıxış edərək mövzu haqqında öz fikrini bildirdi. 
Məktəbin şagirdləri Abdullazadə Fərda, Alıyeva Mələk, Bağırlı Xəlil, Hüseynova Kamilə və s. Qələbə ilə bağlı şerlərini söylədilər.
Tədbirdə 21 nömrəli pilot tam orta məktəbinin müəllim, şagird və valideyin heyyəti, Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi iştirak etdi.

 

301.2 KB